Xidmətlər

Texniki servis

Azservices şirkəti geniş çeşiddə məhsullar təqdim etməklə yanaşı, eyni zamanda servis xidmətləri göstərir.Azservices şirkəti daimi öz texnik bazasını yeniləndirir, əməkdaşlarının yüksək texniki savadının artırılmasına dair nəzarət edir nəticədə Azservices şirkəti bütün sahələrdə yüksək keyfiyyətli texniki xidməti göstərir.

Lokal və simsiz şəbəkənin tətbiqi

Lokal kompüter şəbəkəsi informasiyanın ötürülməsini, qorunmasını, emalını təmin edən avadanlıq və proqram kompleksidir. Onun əsas təyinatı - korporativ məlumatın, avadanlıqların və proqram təminatının birgə istifadəsini təmin etməkdir. Bu şəbəkə konkret müəssisə çərçivəsində məlumat mübadiləsini həyata keçirməyə, informasiya əldə etməyə və onu saxlamağa imkan verir.

Analoq və İP telefoniya sistemləri

IP telefoniya danışıq siqnallarının ötürülməsi üçün İnternetdən istifadə edilən texnologiyadır. Danışığın İnternet protokolları vasitəsi ilə ötürülməsi İP telefoniya adını almışdır. Son illərdə respublikamızın telekommunikasiya şəbəkəsində də İP telefoniya rabitəsindən istifadə edilir. Azservices şirkəti analoq və İP telefoniya müxtəlif sistemlərini sizə təqdim edir.

İT dəstək

Azservices şirkəti bütün növ informasiya texnologiyalarının dəstəyini müştərilərinə təklif edir.Biz zəmanət və zamanətdən sonra texniki və İT servisi təqdim edirik. Azservices şirkəti mütəxəssislərinin professionallığı artırılması məqsədi ilə həm Azərbaycanda, həm də xaricdə keçirilən informasiya texnologiyalarının inkişafına dair kurslar təmin edir.

Sistem inteqrasiyası

Azservices şirkəti dünyada inkişaf edən texnoloji proseslərinin Azərbaycanda inteqrasıya edir. Təşkilatdaxili proseslərin avtomatlaşdırılması üçün müxtəlif proqram təminatları istifadə edilir. Bu proqram təminatları təşkilatdakı prosesləri daha da effektiv edir, bir sıra əməliyyatları avtomatlaşdırır. Azservices şirkətinizin bir sıra problemləri həll etmək üçün proqram təminatı, onun quraşdırılması və texniki dəstəyi təklif edir.

Avtomatlaşdırılmış keçid sistemləri

Azservices şirkəti avtomatlaşdırılmış keçid sistemlərinin geniş çeşidini təklif edir. Yüksək təhlükəsizlik standartlarına uyğun apardığımız bir sıra uğurlu lahiyələr demeyə imkan verir ki, şirkətimiz avtomatlaşdırılmış keçid sistemləri üzrə Azərbaycanda aparıcı şirkətlərdən biridir. Biometrik nəzarət-keçid nöqtələri, avtomobil hərəkətləri məhdudlaşdıran bollard sistemləri, giriş-çıxış nəzarət edən şlaqbaum sistemləri və s.

Təhlükəsizlik və video-müşahidə sistemləri

Müasir zamanda videomüşahidə sistemi istənilən biznes növünün tərkib hissəsinə çevrilmişdir. Azservices şirkəti videomüşahidə sistemini quraşdırarkən, operativ şəkildə təmin olunan obyektdə baş verən və ya və hər hansı hadisənin baş verə bilməsi təhlükəsinə nəzarət edib, əvvəlcədən lazımi tədbir görə bilər. Videomüşahidə sistemi, hal-hazırda təhlükəsizliyin təmin edilməsi və obyektin qorunması sahəsində ən effektiv vasitədir.

Digər xidmətlər

Azservices şirkəti müştərilər üçün informasiya texnologiyaları sahəsində geniş çeşiddə mallar və xidmətlər təklif edir. Müxtəlif kompüter aksessuarlarının satışını həyata keçirir, hətta ofisinizdə mövcud olan printer və kserokopiya aparatları üçün kartric və tonerlərin satışı və doldurulması ilə məşğuldur. Azservices şirkəti müasir və gəlirli təkliflər təqdim edə bilər.