Tərəfdaşlar

Consquare

Consqaure şirkəti təhlükəsizlik üzrə konsultasiya şirkətidir. Kompaniyanın xidmət şəbəkəsinə özəl şirkətlər, dövlət orqanları, yüksək prioritetli şirkətlərdən tutmuş hökümət orqanlarına qədər daxildir.

CISCO Systems Inc

CISCO, Cisco Systems, Inc. - korporativ şəbəkələr üçün avadanlıqların istehsalı ilə məşğul olan şirkətdir. Şirkətin ofisi Kaliforniya ştatının San-Xose şəhərində yerləşir. Prezidenti və baş direktoru Con Çembersdir.

Excel

Azservices şirkəti Excel şirkətinin Azərbaycanda rəsmi nümayəndəsidir. Excel şirkəti Yüksək keyfiyyətli kabellərin peşəkar istehsalçısıdır. Azservices şirkəti 5e, 6e və 7e kategoriyalı kabelləri təklif edir.

Legrand

Legrand şirkəti keyfiyyətli və etibarlı trankların və digər avadanlığın istehsalında ixtisaslaşır. Şirkətin tarixi 1949-cu ildən başlayır. Baş ofisi Fransada yerləşir.

HP Hewlett-Packard

HP şirkəti tərəfindən istehsal edilən məhsulları yüksək keyfiyyətə malikdir. Azservices şirkəti HP şirkətinin geniş çeşidli məhsulları və servis dəstəyi üzrə xidmət təqdim edir.

LG

LG şirkəti məişət və elektronika məhsullarının geniş çeşidini təqdim edir. LG yüksək keyfiyyətli, dünya standartlarına cavab verən məhsullarını istehsal edir. Azservices şirkətinin bütün layihələrdə LG şirkətinin məhsulları istifadə olunur.

Polycom

Polycom korporasiyası TelePresence və səs rabitə həlləri təklif edir. 1990-cu ildə əsası qoyulmuş Polycom şirkəti hal-hazırda əvəzolunmaz sistemləri istehsal edir. Bu sistemlərə hətta lazımi funksiyanı əlavə etməyə icazə verir.

Tandberg Data

Tandberg data proqram təminatının dünyada tanınmış istehsalçısıdır. 1979-cu ildən fəaliyyət göstərir. Yüksək keyfiyyətli videokonfrans sistemləri təklif edir.

Delos

Şirkət bollard, avtomatik şlaqbaum, giriş-çıxışa nəzarət üçün avadanlığın hazırlanması və tətbiqi ilə məşğul olur. Delos şirkəti geniş çeşidli həllərə malikdir. Azservices şirkəri Delos şirkətinin Azərbaycanda rəsmi nümayəndəsidir.

Dell

Məhsulları yüksək keyfiyyətə malik olan Dell şirkəti kompyuter istehsalçısı və kompyuter avadanlığının təchizatçısı üzrə dünya liderlərdən biridir. Laptop, desktop, tablet, monitor və digər kompyuter avadanlıqlarının istehsalçısıdır.

Hitachi

Hitachi şirkəti yüksəktexnologiyalı məhsulları təklif edir. Azservices şirkəti Hitachi şirkətinin Smartboard sistemləri təqdim edir. Bu avadanlıq konfrans zalı və müəssisələr üçün mükəmməl həlldir. Azservices şirkəti innovativ texnologiyalarını Azərbaycanda tətbiq edir.

Kaspersky

Kaspersky şirkəti dünyada tanınmış informasiya təhlükəsizliyi sahəsində aparıcı markadır. Ən dinamik inkişaf edən şirkətlərdən biridir. Kaspersky şirkəti bir çox ölkələrdə fəaliyyət göstərir. Baş ofisi Boyuk Britaniyada yerləşir.

Must

Must şirkəti UPS-lərin dünyada tanınmış istehsalçısıdır. Məhsullarının funksional imkanları rahat işləməyə imkan verir. Must İSO9001:2008 keyfiyyətli sertifikata malikdir. Azservices şirkəti Must şirkətinin Azərbaycanda eksklüziv distribütorudur.

Panasonic

Audio-videotexnika, istehlak və peşəkar komunikasiya və informasiya vasitələri üzrə ən böyük istehsalçısıdır. "Azservices" "Panasonic"in rəqəmsal ATS, telefon, İP telefon və digər avadanlığın satılması ilə məşğuldur.

Smart Technologies

İnnovativ və qabaqçıl Smart şirkəti Smartboard istehsalı üzrə ilk və ən böyük şirkətlərdən biridir. Öz müştərilərini yeni məhsullarla həmişə təəccübləndirir. Smart ideyası müxtəlif sahələrdə tətbiq edilir.

Sony

Sony dünyanın aparıcı şirkətlərdən biridir. Yüksək keyfiyyətli və etibarlı məhsulların istehsalı ilə məşğul olan şirkətdir. "Azservices" şirkəti "Sony" məhsullarının satılması və servis dəstəyi üzrə xidmət təqdim edir.

Xerox

Şirkət müxtəlif formatlı, ağ-qara və rəngli çap avadanlıqlarının, sürətçıxaran aparatların, mühəndis maşınlarının, və s. satışı ilə məşğuldur. Avadanlıqlar Avropada ixtisaslaşmış mühəndislər tərəfindən hazırlanır.