Bollard sistemləri

bollards-mainpage

Bollard giriş və ya keçid qapılarının, həmçinin ümumilikdə avtonəqliyyatın gedişinin tam bloklaşdırılmasını və ya məhdudlaşdırmaq məqsədiylə nəzərdə tutulmuş bir cihazdır. Başqa sözlə, bu cihaz diyircəkli teleskopik dirək, yol blokiratorudur. Bollard başqa yol nişanları və ya digər yol dirəyi kimi təyin edildiyinə görə eyni funksiyaları daşıyır.

Bollard birbaşa yol örtüyünə və ya digər səthə quraşdırılır ve pult vasitəsi ilə hərəkətə gəlir və həmin istiqaməti hərəkət üçün məhdudlaşdırır. Üstəlik üzərində qurulan led işıq effektləri də diqqətin cəlb edilməsinə kömək edir.

Bollard sisteminin əsas üstünlüyü əvvəlcədən lazım olan yol, parkinq hissəsini blok etmək, istənilən zamanda lazım olan hissəni nəzarətdə saxlamaqdır. Xoşagəlimli dizaynla estetik cəhətdən də çox əlverişlidi.

Sistemin blokuna 2-dən 16-ya qədər bollard qoşmaq olur və bu nəticədə böyük bir sahəni nəzarətdə saxlamağa imkanı verir.