Haqqimizda

Şirkət haqqında

“AzServices” MMC şirkəti artıq üç ildən artıqdır ki, Azərbaycan Respublikasında fəaliyyət göstərir. Şirkətimizin əsas məqsədlərindən biri dünyada yüksək templərlə inkişaf edən informasiya texnologiyalarının və digər innovasiyaların Azərbaycan Respublikasına inteqrasiyası və onların eyni zamanda həyata keçirilməsidir.

Şirkətin yeni olmasına baxmayaraq, o öz ətrafında müxtəlif sahələrdə çalışan yüksək hazırlıqlı professionalları cəmləşdirmişdir.

Şirkətimiz mütamadi olaraq əməkdaşların professionallığın artırılması məqsədi ilə həm Azərbaycanda, həm də xaricdə keçirilən informasiya texnologiyalarının inkişafına dair kurslar, seminarlar və treyninqlərdən keçməsini təmin edir. Şirkətimiz artıq bir sıra dövlət əhəmiyyətli strukturlarda öz təcrübəsini və iş fəaliyyətini həyata keçirir. “Az Services” şirkətinin fəaliyyət göstərdiyi bir sıra istiqamətlər mövcuddur:

  • • Kamera-videomüşahidə sistemləri
  • • Təhlükəsizlik sistemləri
  • • Telekomunikasiya və informasiya texnologiyaları
  • • Müxtəlif növ şəbəkələrin yaradılması və dəstəyi
  • • Server otaqlarının qurulması
  • • Bollard sistemlərinin quraşdırılması
  • • Nəzarət buraxılış sistemləri
  • • Yanğın nəzarət və təhlükəsizlik sistemləri
  • • Notebook, kompyuter və UPS avadanlıqlarının satışı və texniki dəstəyi
  • • Bütün növ proqramlaşdırma və s.

Bizim şirkət tərəfindən təklif olunan avadanlıqlarının bir çoxunu birbaşa istehsalçı zavodlarından müqavilə və partnyorluq əsasında alındığı üçün təklif etdiyimiz avadanlıqlar keyfiyyət, uzun ömürlülük və ən əsası maliyyə baxımından çox seçilir.

Strategiya

“Az Services” şirkətinin əsas strategiyası Azərbaycan Respublikası və Qafqaz regionunda texnoloji baxımdan aparıcı şirkət mövqeyinə gəlmək və innovativ proyektlərlə Azərbaycan Respublikasının inkişafına öz töhfəsini verməkdir.

Missiyamız

Azərbaycan ictimayyətinə və əsasən Azərbaycan gənclərinə dünyada sürətlə inkişaf edən texnoloji proseslərin vaxtında, düzgün və professional şəkildə çatdırılması, bu proseslərin öyrənilməsi və inteqrasiyası missiyalarımızdan biridir.